Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda jurnalist binadan yıxıldı

Tarix: 05-08-2021 17:16     Baxış: 3232 A- / A+
Bakıda jurnalist binadan yıxıldı

Jurnalistlər üçün tikilən 1-ci binada yaşayan media əməkdaşı Bahar Məmmədova binanın ikinci mərtəbədə yerləşən mənzilinin balkonundan yıxılıb.

Hadisə ötən gün baş verib. Bu barədə onun həmkarları sosial şəbəkədə paylaşım edib. Bildirilir ki, jurnalistin vəziyyəti ağırdır, onun əməliyyata ehtiyacı var. Məlumata görə, hadisə baş verən gün B. Məmmədova Travmatologiya Xəstəxanasına yerləşdirilib. İddiaya əsasən, ona sarğı və gips qoyulduqdan sonra jurnalist ambulans vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) göndərilib. Yaxınları həkimlərin B. Məmmədovanı maddi vəziyyəti ilə əlaqədar digər xəstəxanaya göndərildiyini iddia ediblər.

Manevr.az-ın xəbərinə görə, “qafqazinfo” jurnalistin səhhəti ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışla əlaqə saxlayıb. O bildirib ki, adıçəkilən şəxs 4 avqust tarixində ET Travmatologiya və Ortopediya İnstitutuna daxil olub: “Xəstəyə müştərək travma, qarın boşluğunun küt travması, 3-cü bel fəqərəsinin kompression sınığı, 1-ci və 4-cü fəqərə çıxıntılarının sınığı, hər iki said sümüklərinin tipik yerdən yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin aşağı 1/3 oynaqdaxili yerdəyişmiş sınığı, sol iç topuğun yerdəyişməyən kənari sınığı diaqnozu qoyulub.

ET Travmatologiya və Ortopediya İnstitutunda xəstənin hər iki said sümükləri ilkin olaraq repoziya, sağ baldır sümükləri "U" vari arxa gips langeti ilə fiksasiya edilib. Sol aşıq baldır oynağı sarğı olunub.

Xəstədə qarın boşluğunun küt travması və aşağı ətraflarda hissiyat pozğunluğu olduğu üçün 3 saylı Sabunçu Şəhər Xəstəxanasına təxliyyə edilib. Hazırda B. Məmmədova həkimlərin ciddi müşayiəti altındadır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar