Xəbər lenti
Evli kişinin qaçırdığı 17 yaşlı nişanlı qız tapıldı - Amma...

2 gün öncə Cəlilabad rayonunun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız tapılıb.
Qızın yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, o, hüquq-mühafizə orqanları tərəfindən tapılaraq polis bölməsinə gətirilib.
Amma tapılan qızın ailəsi bu məsələdən narahatdır:
“Bizə deyirlər ki, qızın artıq 16 yaşı olub və onu sizə təhvil verə bilmərik. Guya, qız özü nəticə çıxararaq ailəsi ilə qalıb-qalmamaq haqda qərar verməlidir. Bizə qızımızla görüşməyə icazə vermirlər. Axı qanunvericilikdə belə bir şey yoxdur, onun 18 yaşı tamam olmayıb ki, qərar versin. Qız tapılan kimi bizə verilməli idi. Bəlkə elə ona təzyiq olunur?! Bəlkə onun beyninə salırlar ki, “səni bundan sonra heç kim qəbul etməz?!””
Polis orqanları hələ ki, qızın verdiyi qərarı ailəsinə açıqlamayıblar.
Nişanlı qızı qaçıran kişinin fotosunu təqdim edirik:

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar