Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Patı" satan ana-bala saxlanıldı - VİDEO

Tarix: 03-08-2021 15:18     Baxış: 4274 A- / A+
"Patı" satan ana-bala saxlanıldı - VİDEO

Sabunçu rayonu Ramana qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı”nın satışı ilə məşğul olan 2 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı, əvvəlcə paytaxt sakini olan Dövlətəli Xudaverdiyev saxlanılıb. Onun üzərindən 86 qram heroin və 27 qram metamfetamin aşkar edilib. Saxlanılan şəxs ifadəsində anası ilə birgə Ramana qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq şöbə əməkdaşları tərəfindən Dövlətəli Xudaverdiyevlə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olan anası paytaxt sakini Mahirə Cavadova da tutularaq istintaqa təqdim edilib. Polis Şöbəsində üzərinə baxış zamanı ondan 605 qram heroin, 3 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Mahirə Cavadova aşkar edilən narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq satışını həyata keçirdiyini bildirib.

Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar