Xəbər lenti
Türkiyədəki yanğınlarla bağlı ƏN SON VƏZİYYƏT - ŞƏKİL

Türkiyənin müxtəlif şəhərlərində baş verən meşə yanğınları ilə bağlı ən son vəziyyət açıqlanıb.
“Hürriyet” xəbər verir ki, Muğla şəhərində və Çökertme körfəzində yanğına müdaxilələr davam edir. Yanğınsöndürənlər yerdə ocağı soyutmağa çalışır, helikopterlər isə havadan müdaxilə edir.
Alovların istilik elektrik stansiyalarına keçməsinin qarşısını almaq üçün tədbirlər görülür. Muğlada Çökertme məhəlləsindəki əhali təxliyyə olunub.
08:00-a olan məlumata görə, 6 şəhərdə davam edən 13 meşə yanğının söndürülməsi işləri aparılır.
Gündoğmuş məhəlləsində yanğın gecə 6 evə keçib. Manavqatta (Antalya) daha bir məhəllə təhlükəsizlik məqsədilə boşaldılıb.
Dənizli şəhərindəki meşə yanğını isə 12 saat sonra nəzarət altına alınıb.ölkə.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar