Sizin Reklam Burada
Xəbər lenti
24-12-2025
23-12-2025
BÜTÜN XƏBƏRLƏR

QALMAQAL: Lalə Azərtaşın Türkiyədə gündəm olan çıxışı plagiat imiş – VİDEO

Tarix: 01-08-2021 15:46     Baxış: 4277 A- / A+
QALMAQAL: Lalə Azərtaşın Türkiyədə gündəm olan çıxışı plagiat imiş – VİDEO

Aparıcı Lalə Azərtaşın Türkiyədə yanğınlarla bağlı gündəm olan çıxışı plagiat imiş.

Manevr.az-ın xəbərinə görə, aparıcının səsləndirdiyi fikirlər gənc şair Ulucay Akifə məxsusdur.

U.Akif bildirib ki, Lalə Azərtaş "Xəzər" televiziyasının xəbər buraxılışında Türkiyədəki yanğınla bağlı onun yazdığı yazının mətnini səsləndirib: “Bu çox gözəldir. Amma pis olan odur ki, Lalə xanım bunları öz sözləriymiş kimi deyir. Axı, ayıbdır. Birə-bir cümlələri götürüb efirdə özününmüş kimi səsləndirmək, vallah, ayıbdır. Mətni Lalə xanıma redaktorlar da yazıb vermiş ola bilər. Bu da həm ayıbdır, həm biabırçılıq. Bir xanım jurnalist dostum bunu mənə yolladı, deyir yazını oxumuşdum, axıra kimi gözlədim ki, müəllifin adını çəksin, çəkmədi. Yəni həmin xanım dostum mənə deməsə, mən də xəbərdar olmayacaqdım. Belə məsələlərdə diqqətli olsaz, sevinərəm”.

Şair qeyd edib ki, yazının Türkiyədə gündəmə çevrilməsinə sevinib: “Olsun ki, müəllif olaraq adım keçmir. Əsas odur Türkiyədəkilər bilib ki, Azərbaycanda belə düşünənlər var. Biliblər ki, Azərbaycanda bu faciəyə belə üzülən adamlar var. Bəlkə də mən o yazını yazmasam, bu məsələ ilə bağlı Türkiyədə gündəmə çevriləcək bir xəbərimiz, cümləmiz olmayacaqdı. Əsas odur kədərimiz Türkiyədəki insanlara da çatıb”.

Yazı ilə buradan tanış ola bilərsiniz./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar