Xəbər lenti
Qalmaqallı deputat yoxa çıxıb - Onu heç kim tapa bilmir

Azərbaycanda polisi döyməsi ilə cəmiyyətin kəskin qınağına tuş gələn deputat Eldəniz Səlimov telefonlarını söndürərək yoxa çıxıb. Artıq bir neçə gündür ki, onunla əlaqə saxlamaq mümkün deyil. Hətta deputat həmkarları da Eldəniz Səlimovdan xəbər tuta bilmirlər.
Qalmaqallı deputatın hazırda harada olması heç kimə məlum deyil.
Manevr.az-ın xəbərinə görə, ölkə gündəmini silkələyən olay barədə modern.az-a danışan Milli Məclis üzvü Azər Badamov da E.Səlimovu tapa bilmir.
“Telefonu bağlı olduğu üçün əlaqə saxlaya bilməmişəm. Harada olduğu haqqında heç bir məlumat yoxdur".
Əlaqə saxladığımız digər parlamentarilər də Eldəniz Səlimovun yerini bilmədiklərini söyləyiblər.
Qeyd edək ki, Milli Məclisin Xaçmazdan seçilən deputatı Eldəniz Səlimovun polis əməkdaşını döyməsi ictimaiyyət arasında ciddi rezonans doğurub.
Baş Prokurorluq onun deputat toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat göndərib. Bundan əlavə, məsələ ilə bağlı Milli Məclisin növbədənkənar iclası çağırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar