Sizin Reklam Burada
Xəbər lenti
18-02-2025
17-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda qadınların da üzv olduğu narkotik satan şəbəkə ifşa edildi - ŞƏKİLLƏR

Tarix: 31-07-2021 15:17     Baxış: 4256 A- / A+
Sumqayıtda qadınların da üzv olduğu narkotik satan şəbəkə ifşa edildi - ŞƏKİLLƏR

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.


Daxil olan əməliyyat məlumatı əsasında Corat qəsəbəsi ərazisində qadınların da üzv olduğu şəbəkə ifşa edilib.

Belə ki, qəsəbə ərazisində keçirilən əməliyyat zamanı Əlimərdan Əlimərdanlı, Aygül Rəşidzadə və Vüsalə Qasımova saxlanılıb. Bakı şəhəri Binəqədi rayon qeydiyyatında olan Vüsalə Qasımova Corat qəsəbəsinə rəfiqəsi Aygül Rəşidzadəgilə qonaq gəldiyini deyib. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxslərin qrup şəklində narkotik maddələrin satışı ilə məşğul olduğu məlum olub.

Corat qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş İbrahim Abdullayev saxlanılıb. Onun ətrafında aparılan axtarış tədbirləri nəticəsində 295 qram heroin aşkar edilərək götürülüb.

Müəyyən edilib ki, İ. Abdullayev əvvəllər məhkum olunmuş Mais Aydəmirov və Xaçmaz rayonunda qeydiyyatda olan Murad Sadıqzadə ilə birlikdə narkotik vasitələrin satışı ilə məşğul olub. Həmin şəxslər də saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan zaman Mais Aydəmirovun üzərindən 122 qram heroin aşkar edilərək maddi sübut kimi götürülüb. Murad Sadıqzadə də saxlanılan zaman üzərindən narkotik vasitə aşkarlanıb.

Keçirilən daha bir əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş Natiq Cəbrayılov, Cəbrayıl Quliyev və Ağsu rayon qeydiyyatında olan Ayxan Pənahlı saxlanılıb. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə heroin və "patı” adlandırılan metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslərin qrup şəklində narkotik vasitələrin satışı ilə məşğul olduğu da istintaq məlum olub.

Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, adları çəkilən şəxslərin hər biri tutularaq istintaqa təqdim olunublar. Əldə edilən narkotik vasitələrin mənbələrinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Sumqayıt Polis İdarəsi Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.

Xatırladaq ki, bir neçə gün öncə isə qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan 4 nəfərdən ibarət olan daha bir dəstə ifşa edilərək istintaqa cəlb edilib.apa

Manevr.az


Sumqayıtda qadınların da üzv olduğu narkotik satan şəbəkə ifşa edildi - ŞƏKİLLƏR
Sumqayıtda qadınların da üzv olduğu narkotik satan şəbəkə ifşa edildi - ŞƏKİLLƏR
Sumqayıtda qadınların da üzv olduğu narkotik satan şəbəkə ifşa edildi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar