Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

AZƏRTAC-ın keçmiş baş direktoru vəfat etdi- ŞƏKİL

Tarix: 27-07-2021 11:57     Baxış: 3258 A- / A+
AZƏRTAC-ın keçmiş baş direktoru vəfat etdi- ŞƏKİL

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş baş direktoru, tanınmış jurnalist Şamil Şahməmmədov vəfat edib.

Manevr.az-ın xəbərinə görə, o, 87 yaşında dünyasını dəyişib.

Ş.Şahməmmədov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.

O, bu gün Biləcəri qəbrisitanlığında dəfn olunacaq.

Qeyd edək ki, Şamil Məmməd oğlu Şahməmmədov 1934-cü ildə Gəncə şəhərində anadan olub. Fəal jurnalist yaradıcılığı ilə XX əsrin 50-ci illərindən Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsinin tələbəsi olduğu illərdən məşğul olmağa başlayıb. O, əvvəl radio ilə əməkdaşlıq edib, 1957-ci ildən isə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı"ya işə götürülüb. Burada Ş.Şahməmmədov 30 ildən artıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçib. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləyib və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlib.

"Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor müavini və Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) baş direktor vəzifəsində çalışıb.

AZƏRTAC-ın keçmiş baş direktoru vəfat etdi- ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar