Xəbər lenti
“Sədərək”də ayağı kəsilən pişiklə bağlı kababçı-qəssab izahat verdi
“Sədərək” Ticarət Mərkəzində ayağı kəsilən pişiklə bağlı orada kafedə çalışan kababçı danışıb.
Hüquq-mühafizə orqanlarına məsələ ilə bağlı açıqlama verən şəxs, sosial şəbəkədə yayılan iddialara aydınlıq gətirib.
Onun bildirdiyinə görə, pişiyin ayağının kəsilməsi təsadüfən baş verib və müalicə xərclərini öz üzərinə götürür.
Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində kafelərin birində qəssabın dükandan ət oğurladığına görə pişiyin bir ayağını kəsdiyinə dair yayılan iddialar əsassızdır.
Bu barədə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin polis mayoru Elşad Hacıyev məlumat verib.
O bildirib ki, aparılan ilkin araşdırmalar zamanı kababçının pişiyin ayağını kəsməsi ilə bağlı iddialar öz təsdiqini tapmayıb:
“Araşdırma zamanı həmin pişiyin bir müddət öncə həmin kafeyə bir gözü kor vəziyyətdə gətirildiyi və o gündən həmin pişiyə orada xüsusi qulluq ol3unduğu məlum olub. Kafedə kabab bişirilən vaxt pişik manqala tullanıb, nəticədə manqalın üzərində olan maşa onun ayağına düşərək kəsib. Obyektdə heyvana qarşı hər hansı qəsd, işgəncə faktı olmayıb.”
E.Hacıyev onu da əlavə edib ki, iş üzrə inzibati qanunvericiliyin normalarına müvafiq olaraq zəruri tədbirlərin görülməsi təmin olunacaq:
“Hadisənin baş verdiyi kafenin sahibi pişiyin bütün müalicə xərclərini üzərinə götürüb”.
Sosial şəbəkələrdə insanı dəhşətə gətirən bir video yayılıb.
Videoda qəssab tərəfindən ayağı kəsilən pişiyin əziyyət çəkməsi əks olunub. Bildirilir ki, buna səbəb pişiyin ət “oğurlaması” olub.
Hələlik görüntülərin harada çəkildiyini dəqiq bilinmir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar