Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda DƏHŞƏT: 13 yaşlı qız atası və qardaşı tərəfindən zorlandı

Tarix: 15-07-2021 14:12     Baxış: 4175 A- / A+
Azərbaycanda DƏHŞƏT: 13 yaşlı qız atası və qardaşı tərəfindən zorlandı


Göygöldə baş verən iyrənc hadisənin üstü Bakıda açılıb.

Azyaşlı qız həm qardaşı, həm də atası tərəfindən mütəmadi olaraq zorlanıb...

Bu iyrənc hadisə Göygöl rayonunda baş verib. 13 yaşlı qız anası vəfat etdikdən sonra atası Ceyhun Cümşüdov tərəfindən zorlanıb. C.Cümşüdov doğma qızına qarşı bu iyrənc hərəkətlərini dəfələrlə təkrar edib.

Azyaşlı qız ifadəsində deyib ki, anası vəfat etdikdən sonra atası onu tək yatmağa qoymayıb: "Birinci dəfə mənə dedi ki, tək yatsan qorxarsan. Onunla birlikdə yatmağımı istədi. Daha sonra da bunlar baş verdi".

Həmin ərəfədə qızın qardaşı Yasim Cümşüdov da bacısına qarşı eyni hərəkətləri etməyə başlayıb. Amma ata və oğul bu iyrənc hərəkətləri bir-birindən xəbərsiz edirmişlər.

Bu şok hadisənin üstü isə Binəqədidə açılıb. Cümşüdovlar rayondan Binəqədiyə köçən zaman azyaşlı qız məktəbə gedib. Məktəbdə bu hadisəni rəfiqələrindən birinə danışıb. Zorakılığa məruz qalan qızın rəfiqəsi isə bu barədə öz anasına məlumat verib. Bundan sonra hadisə barədə polisə xəbər verilib.

Ata və oğul barəsində həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama) və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.

Hər ikisinin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Məhkəmənin hökmü ilə Ceyhun Cümşüdov 17 il, oğlu Yasim isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.(musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar