Xəbər lenti
Şəhidin iki yaşlı qızı vəfat etdi - ŞƏKİL
Vətən müharibəsi şəhidi Orxan Əliyevin azyaşlı qızı vəfat edib.
Manevr.az xəbər verir ki, O.Əliyevin qızı, 2019-cu il təvəllüdlü Nur anadangəlmə qaraciyər serrozu xəstəliyindən əziyyət çəkib. Daimi müalicə olunub. Nurun xalası donor olub və qaraciyəri ona köçürülüb.
Bir neçə gün öncə Nur ailəsi ilə Bakıdan Bərdəyə qayıdıb. Son günlər temperaturu mütəmadi olaraq yüksək olurmuş. İlkin qənaətə görə, xalasının qaraciyəri onun orqanizminə uyğun gəlməyib.
Dünən 2 yaşlı Nur dünyasını dəyişib və şəhid atasının məzarı yanında dəfn edilib.
Şəhid Orxan Əliyevin Nurdan başqa, 8 yaşlı oğlu Məhəmməd və 7 yaşlı qızı Yağmur ondan yadigar qalıb.
Qeyd edək ki, Orxan Əliyev Prezidentin sərəncamı ilə "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib."qafqazinfo”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar