Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda polis qazini döyüb? - RƏSMİ AÇIQLAMA

Tarix: 11-07-2021 12:26     Baxış: 4134 A- / A+
Bakıda polis qazini döyüb? - RƏSMİ AÇIQLAMA

Daxili İşlər Nazirliyi Bakıda Elvin Bədəlov adlı şəxsin polis zorakılığına məruz qalması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.


Manevr.az
xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib: "Ərazidə olan vətəndaşlar Post Patrul Xidmətinin əməkdaşlarına müraciət edərək bir qadın və kişinin mübahisə etdiyini bildiriblər. Polis əməkdaşları mübahisə edən həmin şəxsləri ərazi üzrə 27-ci Polis Bölməsinə gətirmək istəyərkən E.Bədəlov adlı şəxs müqavimət göstərərək getmək istəməyib və özünü yerə yıxıb. Bu zaman ikinci Post Patrul Xidməti avtomobili avtomobili əraziyə çağırılıb.

Onlar bölməyə gətirildikdən sonra məlum olub ki, onlar bir ay öncə ailə həyatı qurublar və mübahisə etmələrinin səbəbi qadının həyat yoldaşından icazəsiz mağazaya getməsidir.

Hər iki şəxs Polis Bölməsində barışdıqdan sonra izahat yazaraq şikayətçi olmadıqlarını bildiriblər və sərbəst buraxılıblar".

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami metrostansiyası yaxınlığında Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qazi olduğu deyilən Elvin Bədəlovun döyülməsi iddiası yayılıb. Bildirilir ki, yol kənarında oturmuş E.Bədəlov PPX əməkdaşları tərəfindən döyülüb və halı pisləşdiyi üçün ona təcili yardım çağırılıb. O da qeyd olunur ki, Bədəlovla həyat yoldaşı bölmədə 3 saat saxlanılıb və onlara təzyiq göstərilərək bir-birilərindən şikayətçi olmamaları haqda izahat alınıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar