Xəbər lenti
Polis qazi olduğunu deyən vətəndaşı döyüb? - DİN-dən cavab
Sosial şəbəkələrdə Nizami metrostansiyası yaxınlığında Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qazi olduğu deyilən Elvin Bədəlovun döyülməsi iddiası yayılıb.
Manevr.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "qafqazinfo”ya açıqlamasında iddiaların həqiqəti əks etdirmədiyini bildirib: "Ərazidə olan vətəndaşlar Post Patrul Xidmətinin əməkdaşlarına müraciət edərək bir qadın və kişi mübahisə etdiyibi bildiriblər. Polis əməkdaşları mübahisə edən həmin şəxsləri ərazi üzrə 27-ci Polis Bölməsinə gətirmək istəyərkən E.Bədəlov adlı şəxs müqavimət göstərərək getmək istəməyib və özünü yerə yıxıb. Bu zaman ikinci Post Patrul Xidməti avtomobili avtomobili əraziyə çağırılıb.
Onlar bölməyə gətirildikdən sonra məlum olub ki, onlar bir ay öncə ailə həyatı qurublar və mübahisə etmələrinin səbəbi qadının həyat yoldaşından icazəsiz mağazaya getməsidir.
Hər iki şəxs Polis Bölməsində barışdıqdan sonra izahat yazaraq şikayətçi olmadıqlarını bildiriblər və sərbəst buraxılıblar".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar