Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

İntihar edən polis rəisinin qohumları ŞOKDADIR: Bir neçə gün əvvəl küçədə…

Tarix: 10-07-2021 17:21     Baxış: 4206 A- / A+
İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

Manevr.az-ın xəbərinə görə, virtualaz.org polkovnik-leytenant Rahib Mirzəyevin intiharının mümkün səbəblərini öyrənmək üçün onu yaxından tanıyan bəzi adamlarla söhbətləşib. Onların hamısı Mirzəyevi dürüst, təvazökar və layiqli zabit kimi xarakterizə ediblər.

Yaxın tanışlarından biri belə deyib: "Mən bir neçə gün əvvəl Rahibi təsadüfən küçədə görmüşdüm. Əhvalı yaxşı idi, sağlam görünürdü və heç bir borcu, xidmətdə heç bir problemi yox idi. Rahib nümunəvi ailə başçısı idi, onun iki övladı - bir oğlu və bir qızı var. Doğrudan da intihar edibsə, bizim hamımız üçün əsl şok oldu”.

Virtualaz.org əməkdaşı mərhumun yas məclisində də olub. Orada polis bölməsi rəisinin yaxın tanışları, qohumları toplaşıb. Jurnalist toplaşanlardan bir neçəsi ilə söhbətləşsə də, onların hamısı faciə barədə anlaşılmazlıq içərisində olublar. Heç kim zabitin nədən intihar etdiyini bilmir…

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar