Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qardaşlar iki məscidi yandırıb - SƏBƏB

Tarix: 06-07-2021 16:04     Baxış: 4137 A- / A+
Azərbaycanda qardaşlar iki məscidi yandırıb - SƏBƏB

İyulun 1-də Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscid yandırılıb.

DİN-in mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov "qafqazinfo”ya bildirib ki, məscidləri kənd sakinləri olan Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırıb:

"İyulun 1-də saat 23:00 radələrində naməlum şəxslər tərəfindən Sabirabad rayonunun Qaratoğay kəndində iki məscid yandırılıb.

Artıq polis tərəfindən həmin məscidləri yandıran adamlar bəlli olub. Cinayəti törədənlər Fuad və Şahbaz Nəbiyev qardaşları müəyyən edilib və saxlanılıblar. İlk istintaqda müəyyən edilib ki, bu qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş.

Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər. Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş.

Buna görə də qardaşlar əhalinin digər məscidə çox getməsi səbəbindən hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlər kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər.

Hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıblar. Onlar məsciddə döşəkçələri yandırıb qaçıblar. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək. Buna baxmayaraq polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıb və hər ikisi törətdiyi əməli etiraf edib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar