Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sevgilisini öldürüb zibilliyə atan tələbənin məhkəməsi başlayır

Tarix: 03-07-2021 14:11     Baxış: 3121 A- / A+
Sevgilisini öldürüb zibilliyə atan tələbənin məhkəməsi başlayır

Gəncədə sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərdar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Manevr.az APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il Gəncə şəhərində qeydə alınıb. Zibilkdən qadın meyiti tapılıb. Araşdırmalarla meyiti tapılan şəxsin bir müddət əvvəl itkin düşən şəhər sakini, 2002-ci il təvəllüdlü Pərvin Musayeva olması müəyyən edilib. Onun qətlə yetirildiyi məlum olub.

19 yaşlı qızı tanışı Sərdar Cəfərov boğaraq öldürüb. Daha sonra mərhumun meyitini 1 ay zibillikdə gizlədib. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü Sərdar Cəfərov saxlanılıb.

Hadisəni törədən şəxs qızın sevgilisi olub. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

Məlumata görə, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Sərdar Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar