Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Qırmızı Körpü"də İNSİDENT: vəzifəli şəxs iş başında bıçaqlandı

Tarix: 02-07-2021 18:43     Baxış: 4133 A- / A+
"Qırmızı Körpü"də İNSİDENT: vəzifəli şəxs iş başında bıçaqlandı

İyunun 30-da Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunun əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Qazax rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, rayon sakini Nicat Abdullayev iyunun 30-da saat 19 radələrində idarə etdiyi “Renault” markalı yük avtomobili ilə Gürcüstandan Azərbaycana gələrkən DGK-nin “Qırmızı Körpü” gömrük postunda xidməti vəzifələrini icra edən “Azərterminal Kompleks Birliyi”nin inspektoru Murad Məmmədovun avtomobilin yoxlanışına dair tələbinə etiraz edərək mübahisə edib. Daha sonra növbəti gün mübahisəni davam etdirərək üzərində gəzdirdiyi bıçaqla Murad Məmmədovu vurmaq istəyərkən onun qarşısını alan digər gömrük əməkdaşı Ramil Qocayevə bıçaqla xəsarət yetirərək müqavimət göstərib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar