Xəbər lenti
Bu il mina partlamasından 21 nəfər həyatını itirib
Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi son zamanlar baş vermiş mina hadisələri ilə bağlı məlumat yayıb.
Manevr.az bildirir ki, təşkilatın sədri Hafiz Səfixanov azvision.az-a verdiyi açıqlamada apardıqları monitorinqlər barədə danışıb:
“Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək, həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir. Təşkilatın rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən aldığı məlumatlara əsasən, 2021-ci ilin iyun ayında üç hadisə nəticəsində 8 mülki şəxsin və bir hərbçinin mina qurbanı olduğu qeydə alınıb. Bu hadisələr dörd mülki şəxsin həyatına son qoyub, beş nəfərin isə yaralanmasıyla nəticələnib. İyun ayında minalarla bağlı hadisələr Tovuz, Kəlbəcər və Ağdam rayonları ərazisində baş verib”.
Hafiz Səfixanov qeyd edib ki, 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 68 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb ki, bunlardan da 21 nəfəri həlak olub.
“Bundan başqa 5 nəfərlə bağlı daxil olmuş məlumat dəqiqləşdirilir. 30 iyun 2021ci il tarixdə Azərbaycan Respublikasının Xocavənd rayonunda Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidə Ermənistan ordusunun 3 hərbçisi özlərinin basdırdıqları minanın partlayışına məruz qalıb, nəticədə 1 nəfər ölüb və 2 nəfər isə yaralanıb”, - təşkilat sədri bildirib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar