Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Tərtərdə kütləvi dava olub - xəsarət alanlar var

Tarix: 20-08-2016 21:39     Baxış: 1482 A- / A+
 Tərtərdə kütləvi dava olub

Tərtər rayonunda bir necə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Seyidimli kəndində müvəqqəti məskunlaşan Kəlbəcər rayonundan məcburi köckün olan iki ailə arasında qeydə alınıb. Qonşular arasında baş verən davaya sonradan bir neçə nəfər də cəlb olunub.

Təxminən 20 nəfərin iştirak etdiyi əlbəyaxa dava zamanı tərəflər bir-birlərinə küt alətlərlə xəsarət yetiriblər.

Hadisə zamanı Kəlbəcər rayon sakinləri: - 37 yaşlı Azər İsmayılov, 28 yaşlı Elnur İsmayılov, 54 yaşlı Roza İsmayılova, 61 yaşlı Vəliyyədin İsmayılov və Lacın İsmayılov müxtəlif bədən nahiyələrindən küt alətlərlə xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Hazırda onların vəziyyəti kafi qiymətləndirilir.

Məlumata görə, qonşular arasında mübahisənin yaranmasına səbəb su arxının təmizlənməsi olub.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar