Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

İntihar edənlər niyə sirkə turşusu içir? - Həkimdən HƏYACAN TƏBİLİ

Tarix: 30-06-2021 09:43     Baxış: 3186 A- / A+
İntihar edənlər niyə sirkə turşusu içir? - Həkimdən HƏYACAN TƏBİLİ

Son zamanlar intihar etmək istəyənlər daha çox sirkə turşusundan istifadə edirlər. Bununla bağlı dəfələrlə mediada məlumatlara rast gəlmişik. Bəs görək, niyə insanlar canlarına qəsd etmək üçün sirkə turşusuna üz tuturlar? Əslində bu turşu necə istehsal edilməlidir?

Manevr.az
xəbər verir ki, suala Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasınin dosenti Fuad İslamzadə aydınlıq gətirib. O bildirib ki, postsovet ölkələrindən başqa heç yerdə sirkə turşusu 79 faizlə istehsal edilmir:

"Sirkə turşusu ilə zəhərlənmə bütün digər zəhərlənmələrdən öz dəhşətli nəticələrinə görə fərqlənir. Hətta ölümlə nəticələnməsə belə, insan dəhşətli əzablara məruz qalır. Səbəb isə pərakəndə ticarət şəbəkələrində 70 faizli gizli sirkə turşusunun açıq şəkildə satılmasıdır. Bu maddə məişətdə 20 dəfə durulaşdırıldıqdan sonra işlədilir. Lakin görünüşünə görə sudan fərqlənmədiyi üçün bəzən (ələlxüsus açıq şəkildə saxlanıldıqda) yanlışlıqla qəbul edilərək, insan sağlamlığına ağır zədə vura bilir.

Qeyd etmək istəyirəm ki, müasir dövrdə postsovet məkanından başqa dünyanın heç bir ölkəsində ərzaq maddəsi kimi 79 faizli sirkə turşusu istehsal edilmir. Adətən bu maddə 5-10 faizli məhlul şəklində istehsal edilib satışa buraxılır və belə halda sağlamlıq üçün zərər verə biləcək xassəyə malik olmur. Buna görə də, zənn edirəm ki, bizim ölkədə də əhaliyə 70 faizli sirkə turşusu satılmasının qadağan edilməsinə çalışmalıyıq"./lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar