Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Universitet müəllimi vəfat etdi - ŞƏKİL

Tarix: 25-06-2021 15:42     Baxış: 3118 A- / A+
Azərbaycanda Universitet müəllimi vəfat etdi - ŞƏKİL

Lənkəran Dövlət Universiteti kollektivinə ağır itki üz verib.

Manevr.az bildirir ki, universitetin mətbuat xidmətindən qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, filologiya elmləri namizədi, dosent Mirhüseyn Abbas vəfat edib.

Mirhüseyn Sürət oğlu Abbas 1949-cu ildə Lənkəran rayonunun Siyavar kəndində anadan olub. 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 1973-1985-ci illərdə Lənkəran rayonunun Mamusta kənd orta məktəbində müəllim, 1991-ci ildən 1996-cı ilə qədər Siyavar kənd orta məktəbində direktor vəzifəsində işləyib.

1996-cı ildən Lənkəran Dövlət Universitetində çalışır.

2000-ci ildə "İslam Səfərlinin yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. Həmçinin "dosent” elmi adına layiq görülüb. Humanitar və pedaqoji elmlər fakültəsinin və "İxtisasartırma və kadrların yenidən hazırlanması" fakültəsinin dekanı vəzifəsində çalışıb. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. "Sabaha soraqlayan məktəb”(2000), "İslam Səfərlinin yaradıcılığı”(2000), Soyuq ömrün nəşəsi”(2002), "Ürəyin kölgəsi”(2007), "Qırılan ömürlər”(2013), "Siyavar”(2015), "Əzizənin səhvi”(2018), "Azərbaycan ədəbiyyatı tarixi”(Mühacirət ədəbiyyatı kontekstində)(2018) kitablarının müəllifidir.

1 monoqrafiya, 1 dərs vəsaiti, 6 fənn proqramı, 3 metodik göstəriş, 50-ə yaxın elmi məqalənin müəllifidir.

Allah rəhmət eləsin!

Azərbaycanda Universitet müəllimi vəfat etdi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar