Xəbər lenti
Novxanıda yol polisi rüşvət alıb? - DİN-dən rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşının rüşvət alması barədə görüntülər yayılıb.
Manevr.az xəbər verir ki, videogörüntüdə sürücüyə adının Nazim olduğunu deyən yol polisi onu saxlayır. Daha sonra isə gülərək, mehribancasına sağollaşıb yola salır. İddia edilir ki, yol polisi sürücüdən rüşvət alıb.
Videonun Novxanı ərazisində lentə alındığı qeyd edilir.
Məsələ ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, yayılan videogörüntülər əsasında araşdırma aparılır:
“Həmin görüntülərlə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmanın nəticələrindən asılı olaraq ictimaiyyətə məlumat veriləcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































