Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hacıqabulda qan davası - Dəhşətli qətlin təfərrüatı

Tarix: 20-08-2016 17:41     Baxış: 4728 A- / A+
Hacıqabulda qan davası


Hacıqabulda baş vermiş dəhşətli qətlin yeni təfərrüatları üzə çıxdı.

Qan düşmənçiliyi zəminində qohumları tərəfindən qətlə yetirilən şəxsin Rusiya vətəndaşı olduğu məlum olub. Mərhumun qohumlarının bildirdiyinə görə, əslən Kolanı kəndindən olan Rusiya vətəndaşı, 46 yaşlı Cahangir Şirəliyev bıçaq, dəmir ling və digər küt alətlərlə silahlanmış 8 nəfər tərəfindən ata yurdunda döyülərək xüsusi amansızlıqla qətlə yetirilib. Kəllə-beyin travması, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr və 4 bıçaq yarası alan Cahangir Şirəliyev hadisə yerində dünyasını dəyişib.

Qətlə yetirilən şəxsin həyat yoldaşı Fəridə Şirəliyeva ərinin son nəfəsində ona zəng edərək 29 saniyə danışdığını bildirib və onun kimlər tərəfindən döyüldüyünü ona deyib: "Məni Davud, Rövşən, Natiq (Ədilovlar) və onların uşaqları döyüblər, qanın içindəyəm, ölürəm, atana de, məni xəstəxanaya çatdırsın".

Daha sonra səs kəsilib. Son anda köməyə gələn qohumu artıq Cahangirin öldüyünü görüb. Qətldə iştirak edənlərdən biri - başından yaralanaraq Hacıqabul rayon xəstəxanasına yerləşdirilən Davud Ədilovun keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olduğu bildirilir. Qətlin onun tərəfindən, ötən ilin avqust ayında öldürülən qardaşı oğlu Habil Ədilovun intiqamını almaq məqsədi ilə planlaşdırıldığı qeyd olunur.

Cahangir Şirəliyevi qətlə yetirməyi planlaşdıran qohumlar onu aldadaraq kəndə barışmaq üçün çağırıblar. Əslində isə onların fikiri barışıq yox, Cahangiri məhz mərhum Habil Ədilovun ölümünün ildönümü ərəfəsində (avqust ayında) qətlə yetirmək olub.

Aralarında düşmənçilik olduğundan ailəsi ilə kənddəki evlərini tərk edən Cahangir Şirəliyev artıq bir il idi ki, Şirvanda yaşayırdı. Ədavəti davam etdirən Ədilovlar isə Şirəliyevlərin ata evlərini dağıdaraq əsl xarabazara çeviriblər.

Qeyd edək ki, qətlə yetirilən şəxsin atası Kolanı kənd sakini, 82 yaşlı Sərhəd Səhət oğlu Şirəliyev ötən il avqust ayında qohumu, 45 yaşlı Habil Nəcəf oğlu Ədilovu ov tüfəngi ilə öldürüb. Hadisə ilə əlaqədar bir neçə nəfər istintaqa cəlb edilib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, hələlik faktla bağlı bir nəfər - mərhum Habil Ədilovun azyaşlı oğlu, 17 yaşlı Nəcəf Ədilov saxlanılıb. Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar