Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlılar və svanlar arasında yenidən insident - Saxlanılanlar var

Tarix: 12-06-2021 08:52     Baxış: 4253 A- / A+
Azərbaycanlılar və svanlar arasında yenidən  insident - Saxlanılanlar var

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində dörd nəfər saxlanılıb.

Manevr.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

İstintaqla müəyyən edilib ki, həmin şəxslər bu ilin iyunun 10-da Dmanisidə 3 gənclə mübahisə ediblər və fiziki təzyiq göstəriblər.

Polis ikisi keçmiş məhkum olmaqla dörd şəxsi “isti izlər”lə yaxalayıb. Faktla bağlı iki və ya daha artıq şəxsə qarşı qrup halında zorakılıq maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 2 ilədək müddətə həbs cəzası gözləyir.

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, insident yerli azərbaycanlılar və svanlar arasında baş verib. Saxlanılan şəxslərin svan əsilli ekomiqrantlar olduğu bildirilir.

Qeyd edək ki, Dmanisidə azərbaycanlılar və svanlar arasında son insident mayın 16-da baş verib. Növbəti gün tərəflər arasında barışıq əldə olunmuşdu və rayonda gərginlik aradan qaldırılmışdı./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar