Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər - TƏFFƏRRÜAT

Tarix: 11-06-2021 19:16     Baxış: 3160 A- / A+
Bakıda iş adamının oğlunu oğurlayıb yarım milyon dollar istədilər - TƏFFƏRRÜAT

İyunun 8-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Rusiya Federasiyasının vətəndaşı Mirhəsən Seyidovun naməlum şəxslər tərəfindən oğurlanması və azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pulun tələb edilməsi barədə müraciət daxil olub.

Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, Qeyd edilən müraciətlə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilib ki, həmin gün saat 16 radələrində Rafiq Hüseynov tanışı Anar Mehdiyevlə qabaqcadan əlbir olub Rusiya Federasiyasında biznes fəliyyəti ilə məşğul olan dayısı Mirəkbər Seyidovdan xüsusilə külli miqdarda pul tələb etmək məqsədilə sonuncunun oğlu Mirhəsən Seyidovu Bakı şəhəri Ramana qəsəbəsində yerləşən evinə dəvət etmiş, birlikdə yemək yedikdən sonra isə Mirhəsən Seyidovun əllərini və ayaqlarını yapışqanlı lentlə oturaq vəziyyətdə bağlayıb faktiki öz iradəsinə zidd qanunsuz azadlıqdan məhrum etməklə mobil telefonla fotoşəklini çəkərək dayısı Mirəkbər Seyidova göndərmiş və oğlunun azad edilməsi müqabilində 500 min ABŞ dolları məbləğində pul vəsaitini tələb etmişdir.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.4-cü (hədə-qorxu ilə tələb etmə xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanmışdır.

11.06.2021-ci il tarixdə Anar Mehdiyev və Rafiq Hüseynov CM-nin qeyd edilən maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar