Sizin Reklam Burada
Xəbər lenti
15-09-2026
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qubada 15 yaşlı qızını qətlə yetirmiş ata həbsxanada ölüb

Tarix: 22-02-2017 09:16     Baxış: 2502 A- / A+
Qubada 15 yaşlı qızını qətlə yetirmiş ata həbsxanada ölüb


Yanvarın 31-də Quba rayonunun Alpan kəndində 15 yaşlı qızı Səfurə Süleymanovanı qətlə yetirən Süleymanov Əşrəf Əlməmməd oğlu bu gün həbsxanada ölüb.

Bu barədə "Report"a Quba Rayon İcra Hakimiyyətinin Alpan inzibati ərazi dairəsinin nümayəndəsi Tofiq Qubadov məlumat verib.

O bildirib ki, Əşrəf Süleymanov qətl ilə bağlı Quba Rayon Prokurorluğuna, oradan isə məhkəməyədək Şüvəlan təcridxanasına aparılmışdı.

"Bu gün eşitdik ki, o, orda ölüb, xəbəri ailəsi də bilir. Əşrəfin Bakıdakı qardaşı onu Qubaya gətirmək istəyir", - deyə T.Qubadov əlavə edib.

Onun sözlərinə görə, ölüm xəbərini mərhumun Bakı şəhərində yaşayan qardaşı Cəlilulla Süleymanov kənddə qalan anasına telefon danışığı zamanı verib.

Ruhi xəstə olduğu bildirilən Əşrəf Süleymanov qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmişdi.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar