Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Jirinovski Vəkili öldürən rus polisi dəstəklədi

Tarix: 11-06-2021 08:43     Baxış: 4166 A- / A+
Jirinovski Vəkili öldürən rus polisi dəstəklədi

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsk 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləyib.

Manevr.az xəbər verir ki, Jirinovski hadisəni şərh edərkən insidentə reaksiya göstərən azərbaycanlı deputatları tənqid edib.

"Novosibirsk vilayətində polis yol hərəkət qaydasını pozan şəxsi saxlayarkən təsadüfən atəş açıb. Azərbaycan parlamentinin deputatları hansısa etiraz nümayiş etdirirlər. Sizə nə dəxli var? Əgər Azərbaycanlılar üçün burada nəsə qaydasında deyilsə, evlərinə getsinlər",- deyə rusiyalı siyasətçi qeyd edib.

Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Hərəkətdə olan "Toyota" avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub. V. Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

İyunun 4-də Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Aleksandr Qusevin həbsdən buraxılması barədə əmr imzalayıb.

Polisin azadlığa buraxılması Azərbaycandan olan millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin Rusiya Prezidentinə müraciət imzalamasına səbəb olmuşdu.qafqazinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar