Xəbər lenti
Azərbaycan neft şirkətinin sabiq başçısı həbs olundu

Azərbaycan Daxili İşlər Nazirliyinin operativ qrupu Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ən yaxın adamlarından biri olan və Moskvada həbs edilən Emin Sadiqin ekstradisiyası üçün Rusiya paytaxtına yola düşüb.
Manevr.az-ın məlumatına görə, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.
Xatırladaq ki, Cahangir Hacıyev biznesmen Hafiz Məmmədovun "Bahar Energy” neft şirkətini ələ keçirəndən sonra onu faktiki olaraq talaması üçün öz dostu Emin Sadiqə vermişdi.
Emin Sadiq ondan əvvəl BP şirkətində işləyib, sonradan xidməti saxtakarlıqda ittiham edilərək işdən çıxarılıb.
Lakin Azərbaycanın və Böyük Britaniyanın vətəndaşı olan Emin Sadiq tezliklə özü neft şirkətinə başçılıq etməyə başlayıb. Təyinatının ilk aylarında o, şirkətdəki bütün mütəxəssisləri işdən çıxarıb və onların yerinə öz dostlarını və tanışlarlarını götürərək yüksək maaşlar ödəyib.
Məsələn, Emin Sadiq Ukraynadan olan məşhur model Ninel Kolomiytsevanı özünə şəxsi katibə təyin edib.
Qeyd edək ki, Emin Sadiq həmçinin Bakıdakı "Lacoste” mağazalar şəbəkəsinin sahibi kimi məşhurdur.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar