Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda COVID xəstəsi olan həkim pasiyent qəbul etdi, cinayət işi açıldı

Tarix: 08-06-2021 17:50     Baxış: 4176 A- / A+
Azərbaycanda COVID xəstəsi olan həkim pasiyent qəbul etdi, cinayət işi açıldı

Bərdədə koronavirusa yoluxan həkim xəstə qəbul edib.

Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd edilən məlumatla əlaqədar Bərdə rayon prokurorluğunda yoxlama aparılmaqla toplanmış material üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика