Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ağstafada gənc gəlinə qarşı DƏHŞƏT - tərkibi bilinməyən iynə vurdular və... - VİDEO

Tarix: 06-06-2021 13:03     Baxış: 3206 A- / A+
Ağstafada gənc gəlinə qarşı DƏHŞƏT -  tərkibi bilinməyən iynə vurdular və... - VİDEO

Ağstafa rayonunun Köçəsgər kəndində İsgəndərovlar ailəsi kimliyi bilinməyən şəxs və ya şəxslərin hədəfinə çevrilib. Kimlərsə ailənin yaşadığı evin həyətinə təhdid dolu məktublar atıblar. Əsas hədəf isə evin 26 yaşlı gəlini, üç uşaq anası Şərəbanu İsgəndərova olub.

Manevr.az Xəzər TV-yə istinadən xəbər verir ki, Şərəbanu İsgəndərova toyuq hininin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb. Ona tərkibi bəlli olmayan iynə vurulub.

Bundan sonra övladları və ailə üzvləri evin gəlinini axtarmağa başlayıblar.

Şərəbanunu toyuq hininin arxasından evin digər gəlini tapıb.

Məlum hadisəyə görə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat verilib.

Artıq bir həftədir ki, qorxu içərisində yaşayan ailə üzvləri hadisəni törədən şəxs və ya şəxslərin tapılıb cəzalandırılmasını istəyirlər.

Hadisənin qurbanına çevrilən Şərəbanu İsgəndərovaya Ağstafa Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Ailə üzvlərinin bildirdiyinə görə, ona vurulan iynənin tərkibini bilmək üçün zərərçəkənin qanından analiz götürülüb.

Hazırda Şərəbanı İsgəndərovanın həyatı üçün təhlükə yoxdur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar