Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Eldən gedən Rafiq Əsgərov

Tarix: 06-06-2021 20:10     Baxış: 42 045 A- / A+
Eldən gedən Rafiq Əsgərov


(Elegiya)

Azərbaycan icimaiyyətinə dərin itki üz verib. Belə ki, müasir Mingəçevirin qurucularından biri , ömrünün son illərini şəhər İşıqlandırma İdarəsinin rəisi kimi çətin və məsuliyyətli təsərrüfat sahəsinə rəhbərlik edən Rafiq Dadaş oğlu Əsgərov ömrünün 69-cu baharında dünyasını dəyişib. Onun haqq dünyasına qovuşması Mingəçevir camaatını çox möhkəm yandırıb-yaxdı. Çünki şərəfli tale və karyera yoluna sahib olan Rafiq Əsgərov təkcə ailəsi, doğmları üçün deyil həm də çalışdığı çaxsaylı kollektivlərin əməkdaşları, qohumlar –qonşular və ümumən yaşadığı şəhərin fəal ictimaiyyətinin yaddaşında xoş və unudulmaz xatirələrlə dərin iz buraxıb. Yaşından, mənsubiyyətindən və sosial durumundan asılı olmayaraq hər bir mingəçevirli Rafiq Əsgərovun ölüm xəbərini dərin üzüntü ilə qarşıladı. Qurucu, yaradıcı xisləti ilə yaşının bu çağında belə yorulmadan çalışmağa üstünlük verən bir şəxsiyyət idi Rafiq müəllim. Əgər ömür vəfa eləsəydi hələ tükənəyən həyat eşqi və enerjisi ilə canından çox sevdiyi Mingəçevir və mingəçevirlilərin firavan, daha işıqlı həyatı naminə çox işlər göəcəkdi. Mingəçevirlə bağlı neçə-neçə arzularını, istəklərinidə özü ilə bərabər son mənzilə apardı Rafiq müəllim. Çoxları kimi bəşəriyyətin baş bəlasına çevrilmiş koranavirus pandemiyası ona da aman vermədi. Uzun müddət müalicə aldı. Bu dəhşətli bəlaya qarşı daxilən bir mücadilə savaşına girdi. Amma taleyin qisməti həll edici oldu. O, doğma şəhərindən, ailəsindən, dostlarından və doğmalarından bir yolluq əbədi ayrı düşdü. Son mənzili qara torpaq oldu...

Onu uzun illər tanıyan bir insan kimi Rafiq müəllimin maraqlı, mənalı ömür yolu gözlərim qarşısından bir kino lenti kimi gəlib keçir... Belə ki, Rafiq Əsgərovun əmək karyerası əhatəli və rəngarəngdir. O, bir növ çoxlarına örnək çəkiləcək mənalı ömür yoluna sahibdir. 1952- ci il mart ayının 15-də Samux rayonunda dünyaya gələn Rafiq Əsgərov çətin və keşməkeşli ömür yolu keçib. 1954-cü ildə valideynləri ilə birlikdə nəhəng tikinti meydanına çevrilən Mingəçevirə gəlişi iki yaşlı Rafiqin həyatının sonrakı axarında önəmli rol oynayıb. 1959-1969- cu illərdə şəhər 3 saylı orta məktəbində təhsil alan Rafiq Əsgərov, 1969-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutuda ali təsil alaraq ixtisaslı mütəxəssis olub. Bundan sonra onun Mingəçevirlə bağlı həyatının karyera dönəmi başlayır . Özü də şərəfli və yadda qalan dövrü. 1974-1976-cı illər ərzində Mingəçevir Yol Maşınları Zavodunda mühəndis konstruktor vəzifəsində çalışır. İşinə, sənətinə bağlılığı və yaradıcı təfəkkürü onu yeni təhsil mərtəbələrinə yetişməyə sövq edir. Bu istəklə o, 1976-1977- ci illər ərzində yol maşınları üzrə Moskvada Ümumittifaq Elmi-Tədqiqat İnstitutunun aspiranturasında əyani təhsil alıb bir qədər də öz işini təkmilləşdirir. 1977-ci ildən, 1981-ci ilə kimi həmin institutda kiçik elmi işçi kimi fəaliyyət göstərir Rafiq müəllim. Daha sonra yenidən Vətənə dönən Rafiq Əsgərov 1981-ci ildən, 1987- ci ilə kimi Azərbaycan Yol Maşınları Zavodunda baş konstruktor vəzifəsində çalışır. 1988-ci ildən ona gərgin əməyi sayəsində daha böyük etimad göstərilir. O, respublika tabeli Xüsusi Texnoloji Konstruktor bürosuna rəis təyin olunur və 1990-cu ilədək uğurla həmin vəzifəyə rəhbərlik edir. Bu işi ilə bərabər olaraq həmin ildən etibarən Mingəçevir Politexnik İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olur. Bilik və bacarığını yetişməkdə olan gənc nəslə böyük həvəslə öyrədir.

Bütün bu illərdə davamlı karyera yüksəlişi və qazandığı ictimai nüfuz onu deputat qismində Mingəçevir şəhər Sovetinə gətirib çıxarır. Uzun illər bir deputat kimi də mingəçevirlilər üçün çox işlər görür. Beləliklə, növbəti illər də Rafiq Əsgərov üçün şərəfli xatirələrlə zənginləşir. 1999-cu ildə “Azərsu” Kanal Təmiri İstehsalat Birliyində rəis, 1999-cu ildən- 2000-ci il ərzində isə Mingəçevir Kommunal Təsərrüfat İstehsalat Birliyində rəis müavini vəzifəsində çalışır belə gözəl mütəxəssis.

Rafiq Əsgərovun əmək karyerasının bir mühüm dönəmi də məhz paytaxt Bakı şəhəri ilə bağlı olur. Belə ki, o, 2005-2008-ci illər ərzində paytaxtın bir sıra dövlət müəssisələrində mühüm vəzifələrə rəhbərlik edir. Bu xidmətlərinə görə ayrı- ayrı mükafatlar alır. Amma doğma Mingəçevirsiz yaşaya bilməyən Rafiq müəllim, yenidən 2008-ci ildə bu şəhərə qayıdır. Beləliklə, 2008-ci ildən ömrünün sonuna kimi çalışdığı bir sahəyə- Mingəçevir İşıqlandırma İdarəsinə rəis təyin olunur. O, Nur şəhəri Mingəçevirin gözəlliyinə, görkəminə və işıqlamasına rəhbərlik etdiyi işgüzar kollektivlə birgə bütün bu illərdə böyük zəhmət sərf edib. Çalışdığı müəssiisələrdə bilik, bacarıq və təcrübəsi ilə yanaşı fərdi elmi naliyyətlərindən də bacarıqla istifadə edib Rafiq müəllim. Çünki o, həm də alim, elmlər namizədi idi. Rafiq Əsgərovun şəhər təsərrüfatı üçün 11 funksiyalı maşın qurğu mövzusu elmi yüksəlişinin təməlində dayanan böyük araşdırmalar idi.

Rafiq Əsgərovun fəal ictimai həyatı da daim diqqət mərkəzində olub. Hər zaman vətənpərvər xarakteri, təəssübkeşliyi və liderlik meylləri onu diqqət mərkəzində saxlayıb. Bu və digər fəaliyyətinə görə dəfələrlə Respublika və şəhər səviyyəli fəxri fərman və digər rəsmi mükafatlarə layiq görülüb Rafiq Əsgərov.

Rafiq Əsgərov nümunəvi ailə başçısı kimi də eldə, obada sayqıyla, böyük hörmətlə anılırdı. Özündən sonra dəyərli övladlar və nəvələr yetişdirib canından artıq sevdiyi Vətəninə bu böyük insan. Biz də inanırıq ki, onların hər biri Rafiq Əsgərov ömrünün davamçıları olaraq ən layiqli davranışlara, Vətənə sadiqliyə imza atacaqlar.

Mingəçevir camaatı isə həmişə onun haqqında bu şeiri deyəcək:

-Çevirdin şəhəri nura biləsən,
Yaxşı əməllərin hər yanda boldu.
Bir zaman ətrafa nur saçsan da sən,
Heyif, son məzarın qaranlıq oldu.


Əziz dost, dəyərli vətəndaş, eldən gedən böyük şəxsiyyət Rafiq müəllim haqqında yalnız ruhun şad olsun söyləmək qalır bizlərə. 2021-ci il aprel ayının 3 –ü tarixi

günü Rafiq Əsgərovu doğmalarından , Mingəçevir camaatından biryolluq ayırdı. Haqq dünyasına qovuşdurdu. Allah o dünyasını versin. Amin!

Eldən gedən Rafiq Əsgərov

Qabil İBRAHİMLİ
Mingəçevir

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar