Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Özünün xəbəri yoxdur, amma adına "zapravka" var imiş - VİDEO

Tarix: 06-06-2021 10:06     Baxış: 4182 A- / A+
Özünün xəbəri yoxdur, amma adına "zapravka" var imiş - VİDEO

Heç bir müəssisədə işləməyən, sahibkarlıq fəaliyyəti olmayan vətəndaşın külli miqdarda vergi borcu olduğu məlum olub.

Manevr.az-ın məlumatına görə, Tovuz sakini, 62 yaşlı Həmidə İbrahimova bu vaxta qədər həyətində xırda təsərrüfatla məşğul olub. Heç bir müəssisə və təşkilatda işləməyib, sahibkarlıq fəaliyyəti ilə də məşğul olmayıb.

O, bir neçə həftə əvvəl xəbər tutub ki, adına Bakıda yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Buna görə də 345 min manat vergi borcu yaranıb.

Vətəndaşa Bakı şəhəri, Xətai rayonunun İcra və probasiya şöbəsindən məhkəmə qərarı göndərilib. Hətta onun məhkəməyə gəlmədiyi halda məcburi gətirləcəyi də bildirilib.

Həmidə İbrahimova iddia edir ki, o heç bir sənədi imzalamayıb və öz adına VÖEN hesabı açdırmayıb.

Hüquqşünas Kamandar Hüseynov deyib ki, bu cür halla qarşılaşan şəxslər vergilər orqanına müraciət etməlidir.

Həmidə İbrahimova düşdüyü vəziyyətdlə əlaqədar yerli hüquq- mühafizə orqanlarına və digər qurumlara yazılı müraciət edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar