Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Horadizdə sərhədi pozmağa cəhd göstərən şəxs saxlanıldı

Tarix: 01-06-2021 10:58     Baxış: 4114 A- / A+
Horadizdə sərhədi pozmağa cəhd göstərən şəxs saxlanıldı


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, son günlərdə DSX əməkdaşlarının sayıqlığı nəticə­sində təxmini çəkisi 12 kiloqram 754 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alın­mışdır.

May ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzüli rayonunun Horadiz qəsəbəsinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasın­dan Azərbaycan Respublikası ərazisinə hərəkət edən 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının "dayan” əmrinə tabe olmayan sərhəd pozu­cu­su ərazidən qaçmağa çalışarkən saxlanılmışdır.

Saxlanılan şəxsin İran vətəndaşı 1978-ci il təvəllüdlü Ziyarəti Cavid Xeyrulla oğlu olması müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 2 kiloqram 964 qram narkotik vasitə (2950 qram qurudulmuş "marixuana” və 14 qram 283 ədəd maye şəklində "mydrax”) aşkar olunaraq götürülmüşdür.

May ayının 24-də Dövlət Sərhəd Xidmətinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-təhqiqat idarəsinin əməkdaşlarının keçirdiyi bir­gə əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastava­sının xidməti sahə­sin­də 1 ədəd sahibsiz bağlamanın içərisində 5 kiloqram 480 qram narkotik vasitə (2065 qram "marixuana”, 1710 qram "heroin” və 1620 qram "metamfetamin”) aşkarlanaraq götürülmüşdür.

Növbəti gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən aşkarlanmış 1 ədəd qara rəngli bağlamanın içərisindən 4 kiloqram 310 qram narkotik vasitə (679 qram "heroin”, 577 qram "metamfetamin”, 3054 qram qurudulmuş "marixuana”) götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar