Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda gənc oğlan atasının öldüyü gün ögey anasını zorladı – TƏFƏRRÜAT

Tarix: 31-05-2021 20:28     Baxış: 3121 A- / A+
Azərbaycanda gənc oğlan atasının öldüyü gün ögey anasını zorladı – TƏFƏRRÜAT

Bir neçə ay əvvəl Ağstafa rayonunun Dağkəsəmən kəndində baş vermiş zorlama hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Manevr.az xəbər verir ki, Qazaxın Çaylı kəndinin sakini olan 1994-cü il təvəllüdlü Fəhmin Babaşovun (ad və soyadlar şərtidir) atasının vəfat etdiyi gün ögey anasını zorlaması üzə çıxıb.

Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsilə açılmış cinayət işinin istintaqı zamanı məlum olub ki, Fəhminin anası vəfat etdikdən sonra 1999-cu ildən bacısı ilə Dağkəsəmən kəndində atasının ikinci həyat yoldaşı olan Rəhilə Babaşovanın (ad şərtidir) evində yaşayıb. Övladı olmayan Rəhilə ikinci həyat yoldaşı olan Hüseynin (ad şərtidir) övladlarını böyüdüb. Lakin bir müddət əvvəl Hüseynin qızı vəfat edib. Bundan sonra isə Hüseyn onkoloji xəstəliyə düçar olub.

Hadisənin baş verdiyi günə gəlincə hərzamankı kimi səhər saat 6-da mal-qaranı otarmağa gedən Fəhmin saat 8 radələrində atasının vəfat etdiyini eşidərək geri qayıdıb. O, evə gələndən sonra analığı Rəhilə ilə atasının qəbrini qazdırmaması üstündə dalaşıb və onu vurmağa cəhd edib. Bu zaman həyətdə olan qonşular 26 yaşlı oğlanın ögey anasını vurmasına imkan verməyərək araya giriblər. Bir neçə saat sonra mərhum dəfn edilib və günortadan sonra qonaqlar dağılışıb.

Zərərçəkən qadının bildirdiyinə görə, dəfndə iştirak edənlərin getməsindən sonra ögey oğlu ilə evdə tək qalıb. Axşam saatlarında Fəhmin ögey anasına başının ağrıdığını və onun başını ovxalamasını deyib. Bu zaman gənc oğlan analığına atasının artıq vəfat etdiyini, bundan sonra onunla ər-arvad münasibətində yaşamaq istədiyini bildirib. Lakin qadın buna etiraz edərək, belə bir şeyin mümkünsüzlüyünü, yaşlı qadın olduğunu söyləyib. Bundan sonra o, ayağa qalxaraq ögey anasına qarşı zorakılıq hərəkətləri etməyə başlayıb və onu sürüyüərək yataq otağına aparıb.

Rəhilə Babaşova bildirib ki, ögey oğluna yalvararaq onu zorlamamasını desə də, qarşı tərəf çirkin niyyətini həyata keçirib. O, müqavimət göstərsə də, Fəhminə gücü çatmayıb və yaxınlıqda ev olmadığından qışqırmağın köməyə çatmayacağını düşünüb. Ögey oğlu tərəfindən zorlanan qadın daha sonra özünü razılaşmış kimi göstərərk həyətə düşüb yuyunmaq istədiyini deyib. Fəhmin bununla razılaşıb. Telefonunu götürərək həyətə düşən qadın dərhal həyətdəki dama daxil olaraq onun dəmir qapısını arxadan bağlayıb. O, polisə zəng edərək oğulluğu tərəfindən cinsi təcavüzə məruz qaldığını deyib. Daha sonra Fəhmin gələrək qapıya zərbələr vurmasına və analığından qapını açmasını tələb eməsin baxmayaraq, Rəhilə polislər gələnədək oranı tərk etməyib.

Hadisə yerinə gələn polis əməkdaşları Fəhmini saxladıqdan sonra o, damı tərk edib.

Hadisə şahidləri bildiriblər ki, mərhum Hüseyn Babaşovun 3 mərasiminə gələn şəxslər onun oğlunun ögey anasını zorladığına görə həbs edildiyini eşidərək təəccübləniblər.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkən qadın ögey oğlundan şikayətçi olduğunu bildirib. Həmçinin ekspertiza rəyindən qadının hadisə vaxtı xəsarətlər alması məlum olub.

Məhkəmənin hökmü ilə Fəhmin Babaşov 5 il müddətinə azadlıqdan məhrum edilib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar