Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərsu” ASC-nin sədr müavini dindirilib? – Etibar Məmmədov üçün sonun başlanğıcı

Tarix: 31-05-2021 17:33     Baxış: 4190 A- / A+
“Azərsu” ASC-nin sədr müavini dindirilib? – Etibar Məmmədov üçün sonun başlanğıcı

"Azərsu” ASC-nin fəaliyyətindəki nöqsanlar və ciddi maliyyə yeyintiləri ilə bağlı araşdırmalara start verilib. Keçmiş sədr Qorxmaz Hüseynovun vəzifədən uzaqlaşdırılmasından, "Azərsu” ASC-də həbslərin aparılmasından sonra indi də bəzi rəhbər şəxslərin istintaqa cəlb edilməsi haqda informasiyalar daxil olmaqdadır.

Manevr.az-ın sfera.az-a istinadən məlumatına görə, "Azərsu”nun son illərdəki maliyyə xərcləmələri ciddi araşdırılır və təhqiqatlar böyük məbləğdə maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini aşkara çıxarıb. Son informasiyada isə "Azərsu” ASC-nin sədr müavini, Qorxmaz Hüseynovun dövründə bütün maliyyə işlərinin başında dayanmış Etibar Məmmədov "məşhər ayağına” çəkildiyi bildirilir. Onun dindirilməsi və bir neçə epizod üzrə ciddi faktların aşkarlanması da daxil olan informasiyalar arasındadır.
“Azərsu” ASC-nin sədr müavini dindirilib? – Etibar Məmmədov üçün sonun başlanğıcı

Xüsusi araşdırılan məsələlərdən biri isə Gəncə şəhərinin su təminatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilmiş layihənin təyinatının dəyişdirilməsidir.

Ötən yazımızda da qeyd etdiyimiz kimi, Gəncə və Şəmkir şəhərlərini su ilə təmin etməli olan xətlər sonradan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun balıq təsərrüaftına yönləndirilib. Hazırda istintaq altında olan Alimpaşa Məmmədovun həm də bu xüsusda dindirilməsi görünür, diqqətləri "Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun üzərinə yönəldib. Çünki keçmiş icra başçısına bu məsələdə məhz onun dəstəkçi durduğu bildirilir.
Mənbənin sözlərinə görə, Etibar Məmmədovun dindirilməsindən sonra vaxtilə "Azərsu” ASC-nin şübhəli tender əməliyyatlarında iştirakçı olmuş bəzi şirkətlər də sorğuya cəlb olunacaq. Onlardan biri isə "Akelik Group"ASC-dir. (əvvəlki adı "Alke İnşaat Sənaye və Ticarət" ASC)

Xatırladaq ki, adıçəkilən şirkət "Azərsu”nun bir çox bahalı tenderlərinin "qalibi” olub. Şirkət bir sıra istiqamətlərdə tikinti işlərini həyata keçirə bilir. "Azərsu” bu şirkətlə yaşayış və ticarət obyektlərinin tikintisi, eyni zamanda su təchizatı və sanitariya işlərinin tikintisi, yenidən qurulması istiqamətləri üzrə bir neçə bahalı müqavilələr imzalayıb.

2017-cu ilin sentyabrında "Azərsu” "Akelik Group"la dəyəri 75 milyon manat olan müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkət "Azərsu" ASC-yə məxsus yeni inzibati binanın tikintisini tamamlamalıdır.

"Azərsu"nun "Akelik Group"la digər bahalı layihəsi Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin tikintisinin tamamlanmasıdır. Layihənin ümumi dəyəri 52 milyon manata yaxındır. Bunun 22 milyon manatı su sisteminin 30 milyon manata yaxın hissəsi isə kanalizasiya sistemi ilə bağlı bütün işlərin görülməsini əhətə edir.

Etibar Məmmədovun cavablandırmalı olduğu suallardan biri isə Dünya bankı və digər beynəlxalq kredit strukturları tərəfindən ölkədə kollektorların tikilməsi, kanalizasiya sularının təmizlənməsi ilə bağlı 100 milyon dollarlıq layihələrin aqibətidir. Bildirək ki, həmin pulların necə xərclənməsi ilə bağlı "Azərsu" ASC ictimaiyyətə açıqlama və hesabat verməyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar