Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

20 azərbaycanlı Suriyadan vətənə gətirildi

Tarix: 27-05-2021 22:05     Baxış: 3156 A- / A+
20 azərbaycanlı Suriyadan vətənə gətirildi


“Bu gün Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan, altı nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib”.

Manevr.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub:

“Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan qadın və azyaşlı uşaqların yeri müəyyən edilib, onların şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti dəqiqləşdirilib.

Daha sonra İraq və Suriyadan AR vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam ediliblər.

​Türkiyənin müvafiq dövlət qurumları ilə aparılmış müştərək fəaliyyət nəticəsində cari ilin 25 may tarixində Suriyada olan sözügedən vətəndaşlarımızın Türkiyəyə sərhəd keçidi təmin edilib.

Türkiyəyə ezam edilmiş nümayəndə heyəti tərəfindən 2021-ci ilin 26 may tarixində qadın və uşaqların ilkin tibbi və psixolojı müayinəsi keçirilib və onlara zəruri yardım göstərilib.

Bundan sonra Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən vətəndaşlarımızın ölkəyə qayıtması üçün onlara “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri rəsmiləşdirilib və onlar Azərbaycana uçuş biletləri ilə təmin ediliblər”.

Vurğulanıb ki, bu gün Türkiyənin miqrasiya xidməti rəsmilərinin və Azərbaycan nümayəndə heyətinin müşayiəti ilə yuxarı qeyd olunan vətəndaşların İstanbul-Bakı reysi ilə Azərbaycana repatriasiyası təmin edilib:

“Azərbaycan hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Repatriasiyanın həyata keçirilməsində Azərbaycanın aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar