Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qaçırılan 17 yaşlı qız evə zəng vurub - Polis isə tapa bilmir...

Tarix: 20-08-2016 11:56     Baxış: 3520 A- / A+
Qaçırılan 17 yaşlı qız evə zəng vurub

Ötən gün Cəlilabad rayonun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız hələ də tapılmayıb.

Bu barədə qaçırılan qızın atası Eldar Dadaşov məlumat verib. O bildirib ki, qızının harada olması məsələsi hələ dəqiqləşməyib: “Rayon polis şöbəsinin əməkdaşları, başda Namiq Camalov olmaqla hamı narahatdır. Hazırda onun tapılması istiqamətində iş gedir. Polis əməkdaşları təxmin edilən ərazilərə gediblər”.

E. Dadaşov qaçırılandan sonra qızının bir dəfə onla əlaqə yaratdığını deyib: “Harada olduğunu soruşdum, bilmədiyini dedi. Dedim ki, yerini de biz gələk, ya da siz çıxın gəlin, qorxmayın, narahatlığa əsas yoxdur. Yanında kim olduğunu soruşdum, amma cavab ala bilmədim, telefon söndü. Yenidən zəng vursam da, telefon bağlı idi.

Oğlanın valideynləri də qızımın hara qaçırıldığını dediklərinə görə bilmirlər. Övladım azyaşlı olduğu üçün himayəmdədir. Tələb edirəm ki, qızım evinə qayıtsın. Nişanlısının ailəsi də hərtərəfli narahatdır. Hamımız qızımın tapılmasını gözləyirik”.


Maraqlıdır ki, Eldar Dadaşov dünən verdiyi açıqlamasında qızının Bakıya, konkret olaraq "Yeni Günəşli" qəzəbəsinə qaçırıldığını ehtimal etmişdi. Bu gün isə qızının artıq ona zəng etdiyini bildirib. Belə olan halda necə olur ki, polis bu faktın üstünü açıb, qızın harada olduğunu müəyyənləşdirə bilmir?..(Qafqazinfo)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar