Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib

Tarix: 26-05-2021 15:46     Baxış: 4165 A- / A+
Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib

Bakı Sağlamlıq Mərkəzi (BSM) hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbrizin səhhəti barədə məlumat yayıb.

Manevr.az bildirir ki, BSM-dən ölkə.az-a verilən məlumata görə, Təbriz Güləliyev dünən axşam saatlarında təcili tibbi yardım maşını vasitəsi ilə huşu aydın, baş və üz, eləcə də bədənin digər nahiyyələrində olan çoxsaylı travmalarla xəstəxanaya gətirilib.

Qeyd olunub ki, təcili tibbi yardım şöbəsində ilkin yardım göstərildikdən sonra xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilərək plan üzrə müayinə və müalicəsinə başlanılıb: "Müayinə nəticəsində xəstəyə müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyulub. Hazırda vəziyyəti stabildir, müalicə və müşahidə davam etdirilir".

Qeyd edək ki, mayın 25-də Təbriz Gülalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar