Xəbər lenti
Oqtay Gülalıyevin oğlu qəzaya düşdü
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev mayın 25-də axşam yol-nəqliyyat qəzasına düşüb.
O, avtomobilin sükanı arxasında olub və qarşıdan gələn avtomobillə toqquşub.
"Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq", - Gülalıyev bildirib.
Məlumata görə, onun burnu sınıb, kəllə-beyin xəsarəti alıb. Həkimin sözlərinə görə, başın sol tərəfində şişkinlik müşahidə olunur. Diz nahiyəsi zədələnib. Vəziyyəti orta ağırdır.
Təbriz Gülalıyev TƏBİB-in yardımı ilə saat 22.20-yə yaxın Bakı Sağlamlıq Mərkəzinə gətirilib.
Xatırladaq ki, Təbrizin atası Oqtay Gülalıyev 2019-cu ilin oktyabrın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib. Aldığı kəllə-beyin travması nəticəsində koma vəziyyətində olan hüquq müdafiəçisinin müalicəsinə Heydər Əliyev Fondu 2019-cu il noyabrın 4-dən etibarən zəruri dəstək göstərir. Hüquq müdafiəçisinin səhhətində irəliləyiş var.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar