Xəbər lenti
Nazirə görə müxbir işdən qovuldu

Türkiyənin “Anadolu” informasiya agentliyi bir əməkdaşını işdən qovub.
Manevr.az xəbər verir ki, mətbuat konfransında Türkiyənin daxili işlər naziri Süleyman Soyludan mütəşəkkil cinayətkarlıqla əlaqələri barədə soruşduqdan sonra müxbir Musab Turanın işdən qovulduğu elan olunub.
Bundan əvvəl məşhur türk kriminal patronu, xaricdə gizlənən Sedat Peker “YouTube”-da bir sıra keçmiş və hazırkı yüksək mənsəbli məmurları, xüsusən, Soylunu korrupsiya və mafiya ilə əlaqələrdə ittiham edən bir neçə video yayımlayıb.
Pekerin sözlərinə görə, daxili işlər naziri ona qoruma təklif edib və 2020-ci ilin əvvəlində həbs olunmasını gözləmədən kriminal avtoritetin Türkiyəni tərk etməsinə icazə verib.
Cümə günü keçirilən mətbuat konfransında Musab Turan Türkiyənin sənaye və kənd təsərrüfatı nazirləri Mustafa Varank və Bəkir Pakdemirlidən hökumətin bu ittihamlara cavab vermək niyyətində olub-olmadığını soruşub və Soylunun hakim partiyaya ciddi mənəvi ziyan vurduğunu bildirib.
“Mətbuat konfransında jurnalistika meyarlarına cavab verməyən suallar verən “Anadolu” agentliyinin müxbiri Musab Turan ilə müqavilə ləğv edilib. O. sualını sosial media hesabından canlı yayımlayaraq bunu siyasi təbliğat hərəkətinə çevirib”, – deyə agentliyin açıqlamasında vurğulanıb.
“Anadolu”nun açıqlamasında müxbir Musab Turanın hansısa terror təşkilatının üzvü olub-olmadığını yoxlamaq üçün prokurorluğa da tələbnamə göndərildiyi qeyd olunur./pravda.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar