Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatın qardaşı oğlu vətəndaşın maşınını qanunsuz axtarışa cəlb edib? - DİN-dən açıqlama

Tarix: 21-05-2021 18:14     Baxış: 4157 A- / A+
Deputatın qardaşı oğlu vətəndaşın maşınını qanunsuz axtarışa cəlb edib? - DİN-dən açıqlama

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Rzayev Rahib Fəxrəddin oğlu və Əliyev Nicat Mirələm oğlunun vətəndaşın avtomobilini öz şəxsi avtomobilləri ilə təqib edərək, qanunsuz axtarışa cəlb etmələri ilə bağlı iddialar yayılıb.

Bildirilib ki, adı çəkilən polis əməkdaşı Rzayev Rahib Fəxrəddin oğlu millət vəkili Tahir Rzayevin qardaşı oğludur.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupu tərəfindən sorğuya cavab olaraq bildirilib ki, Ağcabədi rayon Kəbirli kənd sakini 1995-ci il təvəllüdlü Əşrəf Əşrəflinin idarə etdiyi avtomobildə silah saxlaması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub:

"Həmin məlumat əsasında polis əməkdaşlarının 19 may tarixində həyata keçirdiyi tədbirlərlə Əşrəf Əşrəfli və sərnişin qismində əyləşən Samirə Səfərova ilə birlikdə saxlanılaraq RPŞ-yə gətirilib. Polis Şöbəsində avtomobilə baxış keçirilən zaman oradan bir ədəd 4.5 millimetr kalibrli P900 GAMO markalı pnevmatik tapança və üzərində kustar üsulla bərkidilmiş lazer nişangahı aşkar olunaraq götürülüb. İş üzrə müvafiq ekspertiza təyin edilib”.

"Hazırda faktla bağlı Ağcabədi RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır”, - deyə DİN-dən qeyd edilib.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar