Sizin Reklam Burada
Xəbər lenti
23-09-2026
22-09-2026
BÜTÜN XƏBƏRLƏR

İntihar edən qardaşını xilas etmək üçün özünü qayadan atdı - Təfərrüatlar

Tarix: 18-05-2021 14:39     Baxış: 3250 A- / A+
İntihar edən qardaşını xilas etmək üçün özünü qayadan atdı

Ötən gün Qubanın Qəçrəş kəndi ərazisində çaya düşərək ölən şəxsin intihar etdiyi məlum olub.

1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlunun özünü çaya ataraq intihar etdiyi müəyyənləşib. Onu xilas etmək məqsədisə özünü çaya atan qardaşı 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İntihara R.İsayevin həyat yoldaşından ayrılması və övladı ilə görüşə bilmədiyi üçün keçirdiyi ciddi əsəb pozuntusunun səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

Nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb. Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar