Sizin Reklam Burada
Xəbər lenti
09-11-2025
08-11-2025
BÜTÜN XƏBƏRLƏR

Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı - ŞƏKİLLƏR

Tarix: 16-05-2021 19:33     Baxış: 4227 A- / A+
Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı - ŞƏKİLLƏR

İşğaldan azad edilmiş Suqovuşan yüksəkliklərində yol infrastrukturu işləri və yeni kommunikasiya xətlərinin çəkilməsi üçün ərazini minalardan təmizləyən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis bölmələri bir vaxtlar Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə məxsus olan saxlanc yerini aşkarlayıblar.

Manevr.az bildirir ki, bu barədə Caliber.az xəbər yayıb.

Bildirilir ki, piyada əleyhinə minalanmış ərazidə basdırılmış iki plastik çəlləkdə avtomat tüfənglər, pulemyot, qumbaraatan, süngü bıçaq, ərzaq məhsulları, siqaretlər, səssiz atəş cihazları, rabitə və optik müşahidə cihazları, GPS naviqatoru, zirehli jilet, siqnal tapançası, döyüş sursatları, həmçinin sadalanan silahlar üçün daraqlar və müxtəlif məqsədli patron qutular aşkarlanıb.

Kamuflyaj toru ilə örtülmüş anbarda olan çəlləklərin birində ASALA terror təşkilatının bayrağı və müəyyən miqdarda psixotrop həblər də tapılıb.

Faktla əlaqədar istintaq başladılıb və tapıntılar ekspertizaya göndərilib.

Suqovuşan yaxınlığındakı yüksəklikdəki anbarda tapılanların tam təhlilinə, "Caliber” hərbi-analitik "Youtube” layihəsinin 17.05.2021 tarixdə saat 12:00-da premyerası olacaq növbəti xüsusi buraxılışında baxa bilərsiniz.

Manevr.az
Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı - ŞƏKİLLƏR
Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı - ŞƏKİLLƏR
Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı - ŞƏKİLLƏR
Suqovuşan yaxınlığında ASALA terrorçularının anbarı aşkarlandı - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar