Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngəzurda həlledici gün: Azərbaycan əsgəri dedi ki, əmr gəlsə...

Tarix: 15-05-2021 19:27     Baxış: 3183 A- / A+
Zəngəzurda həlledici gün: Azərbaycan əsgəri dedi ki, əmr gəlsə...

Azərbaycan Ordusu ilə sərhəd rayonu olan Geqarkunik vilayətində danışıqlar heç bir aqressiya və gərginlik olmadan aparılır.

Manevr.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Vardenis administrasiyasının rəhbəri Aram Melkonyan deyib.

“Mən bir neçə nöqtədəki danışıqlarda iştirak etmişəm və bu danışıqlar çox sakit gedir. Bir nöqtədəki danışıqlarda azərbaycanlı bildirdi ki, əgər əmr gəlsə ki, geri çəkilin, biz üzr istəyib, geri çəkiləcəyik”, - deyə o bildirib.

Melkonyan bildirib ki, 13 maydan bəri mövqelərdə heç bir dəqişiklik olmayıb. Onun sözlərinə görə, danışıqlar bu gün saat 15:00-da başlayıb.

Melkonyan bildirib ki, azərbaycanlıların əsaslandığı xəritəni görüb. O iddia edib ki, ermənilərin əlində olan xəritə “dəqiqdir”.

Qeyd edək ki, Qaragöl ərazisinin “mübahisəli yer” statusu alması 1980-ci illərin ikinci yarısına aiddir. Həmin vaxt ermənilər Qaragölün suyundan istifadə etmək üçün SSRİ rəhbərliyinə müraciət ediblər və buna razılıq alıblar. Bununla da Qaragölün yarısına iddiaları başlayıb.

Azərbaycan isə 1974-cü ildə çəkilən dəqiq xəritələrlə hərəkət etdiyini ilk başda elan edib və bunu qarşı tərəfə da bildirib. Səbəb isə odur ki, 1985-ci il “aşkarlığından” sonra ermənipərəst Qorbaçov və onun komandası sərhədlərdə Ermənistana birtərəfli qaydada güzəştlər edib. Bu tarix həmçinin azərbaycanlıların Ermənistandan qovulması və ermənilərin ərazi zəbt etməyə başladığı tarix olduğu üçün həmin ərəfədə ortaya çıxan iddialar heç bir halda qəbul edilə bilməz. 1980-ci illərin ikinci yarısına aid “xəritələr” birtərəflidir və qarşılıqlı razılaşma ilə olmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar