Xəbər lenti
Zəngəzurda azərbaycanlılara qarşı döyüşmək istəyən ermənilər tutuldu: Aralarında “Monax” da var
Ermənistanda Zəngəzur vilayətindən Qarabağa gedən yolları bağlayraq aksiya keçiriən qrupun bəzi üzvləri saxlanılıb.
Manevr.az xəbər verir ki, saxlanılanlar arasında “Monax” ləqəbi ilə tanınan Artur Ayvazyan da var. Onun aksiyanın təşkilatçısı qismində saxlanıldığına dair məlumat yayılıb.
Polis saxlanılanların Gorusa aparıldığını təsdiqləyib.
Ermənistan polisinin mətbuat katibi Zarzand Qabrielyan bildirib ki, dünən aksiyadan sonra Görus polis idarəsinə 9 nəfər aparılıb. Onlara qaşrı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş açılıb.
Bildirilib ki, aksiyaçılar dünən Zəngəzurdan Qarabağa gedən yolun keçdiyi kənddə aksiya keçirərək yolu bağlayıblar. Onlar Zəngəzurun müdafiəsi üçün könüllü birləşməyə silah verilməsini tələb ediblər.
Bəzi məlumatlara görə, aksiyaçılarda silah olub. Ancaq Artur Ayvazyanın qohumu müxbirlərə bildirib ki, onlarda silah olması barədə xəbər həqiqət deyil: "Onlar Zəngəzuru qorumaq üçün silah istəyiblər. Vəkili Monaxla görüşmək istəyib, ancaq buna icazə verilməyib.
Xatırladaq ki, son bir neçə gündə Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib./cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar