Xəbər lenti
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 8 hadisə baş verib, nəticədə 2 nəfər həlak olub, 9 nəfər yaralanıb.
Manevr.az trend-ə istinadən bildirir ki, ümumilikdə qeyd olunan müddət ərzidə ölkədə 376 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 11,4 faiz azalaraq 495 nəfər olub. Onlardan 125-i həlak olub, 370-i isə yaralanıb.
Bütün yol-nəqliyyat hadisələrinin 37,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,9 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 84,0 faizini, yaralananların isə 72,7 faizini kişilər təşkil edib.
Hadisələrin 75,0 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar