Sizin Reklam Burada
Xəbər lenti
18-08-2025
17-08-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya XİN-i azərbaycanlı alimə təşəkkür etdi

Tarix: 13-05-2021 18:08     Baxış: 4167 A- / A+
Rusiya XİN-i azərbaycanlı alimə təşəkkür etdi

"Sloveniyada ikinci dünya müharibəsi illərində yerli partizanlarla çiyin-çiyinə vuruşmuş Qızıl Ordu əsgərlərinin abidəsi açılıb. Azərbaycanlı tarixçi İlham Abbasovun Rusiya arxivlərində apardığı tədqiqatlar nəticəsində 1945-ci ilin yazında Aydovsçina şəhəri yaxınlığında həlak olaraq yerli antifaşist hərəkatı iştirakçıları ilə birgə toplu məzarlıqda dəfn olunmuş 16 nəfər Qızıl Ordu döyüşçüsünün şəxsiyyəti müəyyənləşdirilib”.

Manevr.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.

Həmin əsgərlərin adlarının həkk olunduğu yenilənmiş abidənin açılış mərasimində şəhər meri və yerli rəsmilərlə yanaşı Rusiyanın Sloveniyadakı səfiri Teymur Eyvazovun da iştirak etdiyi qeyd olunub.

"Bu hadisəni Rusiya ilə Sloveniya tarixinin birgə səhifələrinə hörmət nişanəsi, tarixi yaddaşı qorumaq mövqeyimizin təsdiqi kimi qəbul edirik. Həmçinin Azərbaycandan olan dostumuza da ayrıca təşəkkür edirik” – deyə Rusiya XİN rəsmisi vurğulayıb./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar