Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qadın saytda tanış olduğu oğlanı evinə çağırdı... - Sonrası dəhşətə gətirir

Tarix: 12-05-2021 14:38     Baxış: 4136 A- / A+
Qadın saytda tanış olduğu oğlanı evinə çağırdı... - Sonrası dəhşətə gətirir

Tanışlıq saytında 8 ay danışdığı kişini evinə dəvət edən qadın bir gecədə həyatının kabusunu yaşayıb.

Manevr.az
publika.az-a istinadən xəbər verir ki, hadisə Braziliyanın Rio-de-Janeyro şəhərində baş verib. 57 yaşlı Elaine Kaparros saytda tanış olduğu 27 yaşlı Vinisius Serranı evinə dəvət edib. İlk görüşdə birlikdə olduğu kişi tərəfindən 4 saat döyülən qadının bədənində salamat yer qalmayıb. Tanınmaz hala düşən Elainenin üz, göz ətrafı sümüklərı, burnu və dişləri sınıb. Ona 40-a yaxın tikiş qoyulub.

Çağırılan "qonağ"ın isə psixoloji problemləri olduğu sonradan məlum olub.

Səhərə yaxın səs-küyə qonşular reaksiya verib. Binanın mühafizəçiləri evə girəndə Kaparrosu yerdə qanlar içində uzanmış vəziyyətdə görüblər. Təcavüzkar isə artıq evi tərk edibmiş. Qadın həmin dəhşətli gecədə baş verənlərin yarısını xatırlaya bilmir.

Polisə ifadəsində 57 yaşlı Kaparros bunları deyib: "Uzun müddət internetdə danışmışıq. Mən dostluğumuzun daha isti münasibətə çevriləcəyini düşünmüşdüm. Evimə dəvət edərkən çox rahat və əmin idim. Yazışmalarımız onu tanıdığıma inandırdı məni. Gecə birlikdə qucaqlaşıb yatdıq. Bir də ayılanda məni yumruqladığını gördüm. Özümü müdafiə etmək üçün qolumu qaldıranda dişlədi. Yerdə sürüyürdü, yumruqlayırdı".
Saxlanılan 27 yaşlı Vinisius isə psixoloji problemləri üzündən qadını döydüyünü deyib.
Bu hadisə bütün ölkə mətbuatının gündəmini zəbt edib.

Polis hadisənin motivini dəqiqləşdirmək üçün açıqlama verməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar