Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bələdiyyə sədrinin bacısı oğlu qazini o qədər döydü ki...komaya düşdü

Tarix: 08-05-2021 11:53     Baxış: 4230 A- / A+
Bələdiyyə sədrinin bacısı oğlu qazini o qədər döydü ki...komaya düşdü


Beyləqanda Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı polis tərəfindən araşdırma aparılıb.

Manevr.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Brədə regional qrupundan lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki,qazinin döyülməsi ilə bağlı Beyləqan rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təhqiqat Bölməsində araşdırmalara başlanılıb və ekspertiza təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq Teymur Kərimovu döyən şəxsin Vüsal Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) ilə qərar qəbul edilərək baxılması üçün müvafiq quruma göndərilib.

Qeyd edək ki, qazi T.Kərimovu döyən Vüsal Abdullayev Beyləqan rayonu İmamverdili kənd bələdiyyəsi sədrinin bacısı oğludur.

Zərərçəkmiş hadisə ilə bağlı Lent.az-a danışarkən döyülmə nəticəsində 1 gün komada qaldığını bildirmişdi.

Bu barədə ətraflı məlumatı bir müddət öncə vermişdik.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar