Xəbər lenti
Azərbaycanda icra başçısının imarətində asılmış meyit AŞKARLANDI
Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub. Mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.
Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Məlumata görə icra başçı hüquq mühafizə orqanlarına gözətçisinin müəmmalı ölümü ilə bağlı ehtimalların olmadığını deyib.
Manevr.az “müsavat.com”a istinadən xəbər verir ki, müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətin rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər rayon Prokurorluğunda hazırda araşdırma aparılır.
Xidmət rəhbəri hələlik fakta görə cinayət işi başlamadığını qeyd edib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar